Научная статья на тему 'ARXAİK APELYATİVLİ TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN TOPONİMLƏRİ'

ARXAİK APELYATİVLİ TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN TOPONİMLƏRİ Текст научной статьи по специальности «Гуманитарные науки»

CC BY
6
8
i Надоели баннеры? Вы всегда можете отключить рекламу.
Журнал
Endless light in science
Область наук
Ключевые слова
toponim / oykonim / oronim / hidronim / arxaik / apelyativ

Аннотация научной статьи по Гуманитарные науки, автор научной работы — İRadə Məzahi̇M Qizi Kəri̇Mova

Azərbaycan paleotoponimiyası qədim türk leksik-semantik elementləri ilə zəngindir. Azərbaycan toponimiyasında belə arxaik apelyativlər əsasında formalaşmış toponimlərdən biri Adur və Göytəpə oykonimləridir. Məqalədə Adur və Göytəpə toponimlərinin leksik-semantik, etimoloji təhlili araşdırılmışdır. Adur toponiminin izahı ilə əlaqədar dilçilik ədəbiyyatlarında müxtəlif fərqli mülahizələr mövcuddur. Adur oniminin bəzi türk dillərində hələ də saxlanmış, lakin dilimizin arxaik leksikasına keçmiş – “təpəlik”, “dağlıq yer”, “düzən olmayan yer”, “suvarıla bilməyən yüksəklik”, “bir neçə təpədən ibarət meçəsiz yer”, “dağ ətəyi” və başqa mənalarına rast gəlmək olar. O.T.Molçanova adır onimini “biçin yeri”, “yol ayrıcı” kimi izah etmişdir. Göytəpə toponiminin birinci komponenti “göy” sözü bir sıra başqa mənalarda da işləndiyinin şahidi oluruq. Göy – yer üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq; səma rəngi, mavi, göy rəng; yaşıl, göy meşə, göy çəmən; kənd və s. arxaik mənalarında işlənmişdir.

i Надоели баннеры? Вы всегда можете отключить рекламу.
iНе можете найти то, что вам нужно? Попробуйте сервис подбора литературы.
i Надоели баннеры? Вы всегда можете отключить рекламу.

Текст научной работы на тему «ARXAİK APELYATİVLİ TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN TOPONİMLƏRİ»

Impact Factor: SJIF 2020 - 5.497 2021 - 5.81

ARXAÍK APELYATiVLi TÜRK M9N§9LÍ AZ9RBAYCAN TOPONÍMLaRÍ

ÍRAD9 M9ZAHÍM QIZI KBRÍMOVA

Azarbaycan Dövlat Pedaqoji Universiteti, filologiya üzra falsafa doktoru, dosent https://orcid.org:0000-0002-8057-8333

Xülasa: Azdrbaycan paleotoponimiyasi qddim türk leksik-semantik elementlari ib zangindir. Azdrbaycan toponimiyasinda bela arxaik apelyativlar asasinda formala§mi§ toponimlardan biri Adur va Göytapa oykonimlaridir. Maqalada Adur va Göytapa toponimlarinin leksik-semantik, etimoloji tahlili ara^dirilmi^dir.

Adur toponiminin izahi ila alaqadar dilgilik adabiyyatlarinda müxtalif farqli mülahizalar mövcuddur. Adur oniminin bazi türk dillarinda hala da saxlanmi§, lakin dilimizin arxaik leksikasina kegmi§ - "tapalik", "dagliq yer", "düzan olmayan yer", "suvarila bilmayan yüksaklik", "bir nega tapadan ibarat megasizyer ", "dag atayi" va ba§qa manalarina rast galmak olar. O.T.Molganova adir onimini "bigin yeri", "yol ayrici" kimi izah etmi§dir.

Göytapa toponiminin birinci komponenti "göy " sözü bir sira ba§qa manalarda da i§landiyinin §ahidi oluruq. Göy - yer üzarinda mavi bir qübba kimi görünan faza, bo§luq; sama rangi, mavi, göy rang; ya$il, göy me§a, göy gaman; kand va s. arxaik manalarinda i§lanmi§dir.

Agar sözlar: toponim, oykonim, oronim, hidronim, arxaik, apelyativ

Giri$: Azarbaycan dilinin toponimik sistemi öz zanginliyi ila se?ilir. Bu sistemin zanginliyi özünü toponimlarin man§a mansublugunda da göstarir. Bütün bunlarla yana§i, toponimlarda diqqati calb edan asas cahatlardan biri hamin toponimlarin yaranib formala§masi yollaridir. Onlarin bir qismi cografi nomenklatur sözlar asasinda, bir qismi etnonimlar asasinda, relyef qurulu§unu bildiran sözlar asasinda, bir qismi isa arxaikla§mi§ apelyativlar asasinda formala§mi§dir. Azarbaycan toponimiyasi qadim türk leksik-semantik elementlari ila zangindir. Arxaik apelyativli Azarbaycan toponimlarina ölkamizin bütün arazilarinda rast galmak olar. Azarbaycan paleotoponimiyasi qadim türk leksik-semantik elementlari ila zangindir. Bela leksik vahidlarin müxtalif növ obyekt adlarinin tarkibinda mühafiza etdiklari arxaik mana galarlarini isa ham qadim türk abidalari va qohum türk dillari materiallari asasinda, ham da cografi obyektin özünün bilavasita müayyan saciyyavi cahatlarini nazara almaqla müayyanla§dirmak, barpa etmak mümkündür. Bela arxaik apelyativlar asasinda formala§mi§ toponimlardan biri Adur va Göytapa oykonimlaridir.

Adur. Qaragayin sahilinda Quba rayonunda qeyda alinmi§ toponimlardan biri da Adur toponimidir. Quba rayonundan axan Qaragayin bir qolu da Adur adlanir. "Adur" cografi termini toponim yaradiciliginda geni§ arealda yayilmi§dir.

Altayda Adir, Adirlar-Boom, Adir-Yürgen (19. s.140,147); Qazaxistanda Adur, Adirbaytay, Ak§aadir, Ak§iadir, Jalpakadir, Kuzekadir, Konuradir, Kiziladir, Minadir (10. s.17,31,33,98-99,143,175); Türkiyada ödirna; Özbakistanda Adirmok, Adir qazalar; Yakutiyada Adarqay toponimlari adirin müxtalif fonetik variantlarda i§lanma formalaridir.

Adur toponiminin izahi ila alaqadar dilgilik adabiyyatlarinda müxtalif farqli mülahizalar mövcuddur.

N.Mammadov Adur toponiminin ba§qa türk dillarinda saxlanmi§ "adir" sözündan oldugunu, adirin - "tapalik", "dagliq yer", "düzan olmayan yer", "suvarila bilmayan yüksaklik", "bir nega tapadan ibarat megasiz yer", "dag atayi" va ba§qa manalarda i§landiyini bildirmi§dir (17. s. 21-22).

Azarbaycan dilindaki "qir" cografi termini ila "adir" termini arasindaki yaxinliqdan dani§an B.Budaqov yazir ki, toponimikada cografi ad yaradan topoformatlardan biri da "qir"dir. "Qir", "qiri§ yer" Orta Asiydadaki adir apelyativinin sinonimi olmu§ biz quru göl land§afti olan algaq dagliq arazilara "qir" deyirik. Orta Asiyada isa "adir" - quru göl zonasinda intensiv pargalanmi§ algaq daglara deyilir. B.Budaqov ölkamizda "adur" nomeninin ham cografi adda (Qubada Adur kandi, ham da §axs adinda (Adurov) saxlandigini qeyd etmi§dir (4. s. 71,148).

ОФ "Международный научно-исследовательский центр "Endless Light in Science"

Impact Factor: SJIF 2020 - 5.497 2021 - 5.81

Adursu hidronimindan bahs edan Q.Ma§adiyev xalq dilinda bu sózün "düzanlikdan axan 9ay, düzanlik 9ayi" manasinda i§landiyini bildirmi§dir (18. s. 115).

Q.Qeybullayev yazir ki, Strabon albanlarin bir hissasinin Xazarin canub qarbinda onun -Midiya daglari adlandirdigi arazida ya§adigini yazmi§dir. 0sarinin ba§qa yerinda isa o, bu dagliq arazini Paro xadr kimi qeyd edir. Bu dagin adi güman ki, türkca barq "qala, istehkam" va adir "yüksaklik, dag atayi, sózlarindandir (Midiyada Qaumatin üsyan etdiyi qadim farsca Arkadr adlanir ki, bu da türkca ariq "me§a" va atur//adur "dagliq, yüksaklik sozlarindandir (16. s. 163).

T.9hmadov yaziyaqadarki dóvr leksik vahidlarindan birinin adur oldugunu va Quba rayonunun Adur kandinin adinda indiya kimi mühafiza olunaraq saxlandigini bildirmi§dir (6).

Górkamli ózbak dil^i alimi T.Nafasov Ozbakistanda Adirmok adli oykonimin oldugunu va cografi nomenin "tapalikdan ibarat yer" manasinda i§landiyi bildirmi§dir (20. s. 9).

Dagliq Altayin toponimiyasini ara§diran O.T.Mol9anova adir onimi asasinda yaranmi§ Adirlar, Adirlar-Boom va Adir-Yürgen adli oronimlardan da bahs etmi§dir. Müallif toponimin leksik-semantik manasini "bi9in yeri", "yol ayrici" kimi izah etmaya 9ali§mi§dir (19. s.140,147,202).

C.Kokov Adiq-^arkaz toponimiyasinda bir 9ox cografi adin arxaikla§diyini, lakin bela adlarin bazilarinin Qara9ay-Balkar onomastikasinda i§landiyini yazmi§dir. Bela cografi adlardan birinin Adur su hidronimin oldugunu qeyd etmi§dir. Müallif yazir ki, Adir termini "ü9üncü dag atayi yer; Orta Asiyada isa adir termini " sira daglar", "arxa, bel" manasinda qeyda alinmi§dir (11. s.79).

Bazi türk dillarinda adur sózü "yüksaklik, tapalik, erroziyali dag atayi tapalari" va s. manalarda i§lanmi§dir. Qirgizistan va noqay dillarinda adur "yüksaklik, tapa, dag dó§ü", Tuva toponimiyasinda isa "dag silsilasi" manalarinda i§lanmakdadir. Tyan-§an daginin erroziyali dag atayi, tapalari adir adlandirilmi§dir (24. s. 148-149). Adur onimina Yakut toponimiyasinda Adarqay toponiminda va Adirqaydax hidroniminda rast galmak olar. Adirqay yakut dilinda "hündür torpaq komasi, bol-bol hündür tapacik" manasinda i§lanmakdadir (14. s.10).

Xocavand rayonunda isa Avdur oykonimi qeyda alinmi§dir. Górünür Avdur adurun tahrifa ugrami§ variantidir. Bazi manbalarda Avdur Takir kimi qeyd olunmu§dur. Yerli ahalinin malumatina góra ya§ayi§ mantaqasi ke9mi§ Buguz qalasinin yerinda salinmi§dir.Sonradan kand ahalisi yerdayi§ma edarak bir qadar kandin a§agi hissasina kó9mü§lar. Toponimin birinci komponenti avdur sózünü fars dilindaki ab va duru (tamiz su) va ya qadim türk dillarindaki adur (tapalik yer, sildirim) sózlari ila alaqalandirirlar. Oykonimin ikinci komponenti takir türk dillarinda " gurultu", "ugultu" manalarinda i§lanmakadir (2. s.88).

Müasir türk adabi dillarinin 21-da, elaca da dialekt va §ivalarda relyefin an xirda elementlarini ifada edan sózlarin - cografi terminlarin oldugunu yazan N.Yusifova müasir türk dillarinda ümumiyyatla, müsbat relyef formalarinin adlari kimi dag (tag) va too (tuu, tau) va tapa sózlari ila yana§i, hamin bu obyektlarin xirda hissalarinin adlarini bildiran adu§, alabar, aran, art, bair, bak, ik, ir, yazi, kapaz, gómür va b. sózlarin da, oldugunu bildirir. Müallif yazir ki, Azarbaycan dilinda bu sózlarin 9oxu yoxdur, lakin dag, tapa, qaya va b. oroqrafik obyekt adlarinda hamin sózlarin, demak olar ki, hamisi da§la§ib qalmi§dir. Masalan, qadim türk dillarinda suvarila bilmayan yüksaklik adur (adir) adlanirdi. Quba rayonundaki Adur kandi da mahz dagliq massivda yerla§ir. Demali, kandin adi cografi relyefin xüsusiyyati ila, tapalik yaylada yerla§masi ila alaqadardir. Adur yamaci (Quba rayonu), Adur güneyi (Xocavand rayonu) va s. oronimlarda adur sózü i§tirak edir (25).

Ümumilikda türk dillarinda adir//adir//adur "tapalik", "dagliq yer", "düzan olmayan yer", "suvarila bilmayan yüksaklik", "bir ne9a tapadan ibarat me§asiz yer", "dag atayi" manalarinda i§lanir.

Yuxaridaki fikirlari ümumila§dirsak natica olaraq deya bilarik ki, qadim türk sózü olan "adur" hazirda arxaikla§sa da, tarixan apelyativ sóz kimi türk dillarinin leksikasinda geni§ i§lakliya malik olmu§dur. Sonralar bu sóz cografi termina ke9arak areal türk onomastik vahidlarinin formala§masinda faal i§tirak etmi§dir. Belalikla Adur toponimi dagliq, al9aq tapali arazida yerla§diyi ü9ün cografi relyefin adin verilmasinda asas rolu oldugu qanaatina galmak olar.

Goytapa. Calilabad rayonu arazisinda Góytapa oykonimi va oronimi, Qazax r-nun Gürcüstanla sarhadinda Góytapa dagi, Tovuz rayonunda Góytapa tapasi, Ab§eron, Agsu, Bilasuvar, La9in, §aki,

ОФ "Международный научно-исследовательский центр "Endless Light in Science"

Impact Factor: SJIF 2G2G - 5.497 2G21 - 5.81

Çabran, Zaqatala, Salyan, Yevlax va Zangilan rayonlari arazisinda Göytapa yüksakliklari oronimlari, Calilabad va Masalli r-i arazisinda Gôytapaçayi hidronimi qeyda alinmiçdir.

Göytapa toponiminin birinci komponenti "göy" sözü haqda istar türkoloji, istarsa da Azarbaycan dilçiliyinda müxtalif araçdirmalar mövcuddur. Göy sözü Kül Tigin abidasinda VII-XIII asrlarda "sama" ham da "tanri" anlaminda i§lanmi§dir. övvallar "tanri" dini termin kimi (yaradici, Allah) manalarini bildirmiçdir. Sonraki dövrlarda, elaca da orta asrlarda va Mahmud Kaçgarinin "Divan"inda göy sözü "sama" anlaminda i§lanmi§dir. Belalikla, "göy" sözü Azarbaycan dilinda göy, qazax dilinda kök, tatar dilinda Ык, özbak dilinda Ык, türkman dilinda gooк, qirgiz dilinda kök, altay dilinda kök yaziliçlarinda içlanarak "mavi sama" manasini bildirmiçdir (3. s.35).

E.Koyçubayev "göy" komponentli cografi adlarin geni§ i§lakliya malik oldugunu va göy sözünün "sama" apelyativinin sinonimi oldugunu qeyd etmiçdir. Müallif sama cisimlarinin bir hissasinin "göy rangli" olmasi fikrini söylami§dir (15. s.186).

A.N.Kononov "göy" sözünün manasini izah edarkan kok//qok sözlarinin müasir türk dillarinda bir neça manalarda içlandiyini qeyd etmiçdir. Müallif yazir ki, "göy" sözü a) göy, göyarçin, mavi, açiq ya§il, tünd göy, açiq göy, ya§il, boz, agarmi§ göy; b) sama, cavan ot, göyarti va s. manalarda i§lanmi§dir. O, hamçinin qeyd edir ki, "göy" sözü cografi adlarin birinci komponenti kimi hidronim va oronimlarin tarkibinda i§tirak edir. Orta Asiya va müxtalif arazilarda Kok, Kok su adli hidronimlar da mövcuddur (13. s.178).

ö.§ükürlü "göy" komponentinin izahini verarkan yazir ki, Köktürk-oguz türk qabilalarindan birinin adidir. Bazi tadqiqatçilar göy sözünü "sama" (V.Banq), bir qismi isa "§arq" kimi manalandirir. Azarbaycan türk dilinin bazi §ivalarinda hamin söz "xasis, acgöz" manasi bildirir. Ona göra güman etmak olar ki, göytürk qabila adi aslinda "qaratkar türk", "içgalçi türk" manasini ifada edir. Lakin qabila adi kimi sabitlaçmakla hamin etnonimin manasi silinib yox olmuçdur (23. s.74).

Azarbaycan dilçiliyinda da "göy" komponenti ila bagli bir-birindan maraqli mülahizalar vardir. R.Eyvazova kök//kuk//gög tarkibli cografi adlarin öfqanistan arazisinda da oldugunu göstarir. Müallif "kök" sözünün manasini izah edarkan Ык - "azad"; kök (sifat) - "göy" anlaminda içlandiyini göstarir. Bahaddin Ögala istinad edan tadqiqatçi yazir ki, Orta Asiya tayfalari ^ün "gög" har §eydan üstün olmuçdur. Onlar yera, yalniz atlarinin ayaqlari ila bagli idi. Türklara göra, gög ranginda bütün gözalliklar toplanmiçdi. öski türkcada gög anlamina uygun galan ana söz "Tanri (Tenqri)" idi. Odur ki, göga har rangi ila birlikda "Göy tanri" deyirdilar. Müallif Göyçay hidronimini tayfa adi ila baglamiçdir. R.Eyvazova bu haqda yazir: "Biza göra, "kök//kuk//köy" adini tayfa adi kimi da saymaq lazimdir. Bela ki, "kök" tarkibli kökar tayfalari da malumdur. Kökarlar saklarin an böyük boyu olub, Qafqazda ya§ami§lar. "Kök" tarkibli Kökça//Göyça adinin mançayi da maraqlidir. Bela ki, Ganca adinin izahinda verdiyimiz §arha asaslanaraq cu//çjou//cou eyniliyini götürürük. Ola bilsin ki, "gök" tayfalari vaxtila Çinin Çjou//cou adlanan yerlarinin sakinlari olmuçlar. Güman ki, Gök-çjou//Gökçay fonetik dayiçikliya maruz qalaraq Gökça//Gökçay §aklina dü§mü§dür" (7. s.200-201).

F.Xaliqov isa "göy" komponenti haqqinda bir qadar farqli fikir söylami§dir. Tadqiqatçi bu adin köke formasinda monqol dilinda da içlandiyini göstarmi§dir. Müallif hamçinin kök türk, köke monqol, göklen türkman tayfa adlarinda "qloriosus" yani "qahraman" manasinin gizlandiyini bildirir. S.Dörfera asaslanan müallif göy sözünün "sama" manasi ila barabar "müqaddas göylar" manasinda takca kök türk, kök culut, köke monqol etnonimlarinda deyil, ham da §axs adlarinda tez-tez tasadüf edilan vahidlardan biri oldugunu qeyd etmiçdir. F.Xaliqov Göysu hidroniminin birinci komponenti olan "göy" leksik vahidinin burada "daniz" manasini bildirdiyini qeyd edarkan yazir ki, Göysu ati ("Qurd oglu afsanasi") zooniminda hamin mananin saxlanildigi inkaredilmazdir. Demali, "göy" alamat bildiran leksik vahidi istar arazi, istarsa da su manali onomastik vahidlarin tarkibinda rang çalarlarindan daha çox "böyüklük", "geniçlik", "bolluq" manasini bildirir (9. s.73-74).

"Göy" komponenti haqqinda B.Budaqovun va Q.Qeybullayevin da fikirlarini qeyd etmak yerina dü§ardi. Har iki müallif bir vaxtlar iravan quberniyasinin Novoboyazid qazasinda mövcud olmu§ Göysu toponiminin etimologiyasini izah edarkan yazmiçlar: "9sli Köy-Su. Türkca köy "kand" va su "çay" sözlarindan ibarat olmaq etibarila "Çay kand" manasindadir" (5. s.320).

Har iki müallifin izahindan aydin olur ki, "göy" sözü rang manasini bildirmakla yana§i, qadim

ОФ "Международный научно-исследовательский центр "Endless Light in Science"

Impact Factor: SJIF 2020 - 5.497 2021 - 5.81

türk dillarinda "kand" anlaminda da içlanmiçdir. Qeyd edak ki, "göy" sözü hazirda türk dilinda "köy" formasinda "kand" anlaminda içlanir.

Ümumiyyatla, "göy" sözü haqqinda onu da deya bilarik ki, qadim türklarda Göy tanri (allah) anlaminda içlanmiçdir (21. s.163). Dilimizda "göy" sözü bir sira baçqa manalarda da içlanir: a) Göy - yer üzarinda mavi bir qübba kimi görünan faza, boçluq; b) Göy - sama rangi, mavi, göy rang; c) Göy - yaçil, göy meça, göy çaman va s. (1. s.75).

Cografi adlarla yanaçi türk xalqlarinin onomastikasinda "göy" tarkibli hidronimlarin da areallarina rast galmak olar. Erk Yurtsevar Qazaxistan Respublikasinda, elaca da Türkiyanin Bismil, Diyarbakir, Yeçilçay, Sile, istanbul, Karadere, Hendek, Sakarya bölgalarinda Göksu adli su obyektlarina tasadüf edildiyini göstarmi§dir (8. s.103). Qirgizistan Respublikasinin issikkul vilayatinda Köy say, Adiq (Çarkaz) vilayatinda Kueksu (Kugksu) "göy su" adli su obyektlari da mövcuddur (22. s.86; 12. s.203).

Fikrimizca, Göytapa toponiminin birinci komponenti olan göy sözü burada "kand" anlamini bildirarak "tapada yerlaçan kand" manasinda içlanmiçdir.

Natica: Tadqiqat naticasinda müayyan olunmuçdur ki, bu arazilarin aborigen sakinlari türkdilli etnoslar olmuçlar, buna göra da, bu regionda mövcud olan yer-yurd adlarinin böyük qismi asasan torkmançali toponimlardan ibaratdir.

ÎSTÎFADa OLUNMUÇ 9D9BÎYYAT:

1. Azarbaycan dilinin izahli lügati. I c., (4 cildda), Baki: Azarnaçr, 1966, 595 s.

2. Azarbaycan toponimlarinin ensiklopedik lügati.2cildda,Icild, Baki, §arq-Qarb,2007,304 s.

3. Ажибекова Г.Д. Причины поленазмов появления лексических в современном Казахском языке. Исследования по киргизскому и казахскому языкознания. Фрунзе: 1984.

4. Budaqov B. Türk uluslarinin yer yaddaçi. Baki, 1994, 271 s.

5. Budaqov B.9., Qeybullayev Q.9. Ermanistanda Azarbaycan mançali toponimlarin izahli lügati. Baki: Nafta-Press, Oguz eli, 1998, 452 s.

6. öhmadov T. El-obamizin adlari. Baki, 1984, 88 s.

7. Eyvazova R. öfqanistanda türk mançali toponimlar. Baki: Elm, 1995, 243 s.

8. Erk Yurtsever. Asiyadaki türkce cografi adlar derlemesi. Tamga. Türk Dünyasi Araçdirmalari Vakfi. istanbul: 1993, 156.

9. Xaliqov F. Folklor onomastikasi. I hissa, Baki: Elm, 1998, 137 s.

10. Казакстан географиялык атауларынын сöздiгi. «Ылым», Алматы, 1990, 296 c.

11. Коков Дж., Шахмурзаев С.О. Балкарский топонимический словарь. Нальчик, 1970, 170 с.

12. Коков Дж. Н. Адыгская (Черкесская) топонимия. Нальчик: Эльбрус, 1974, 316 с.

13. Кононов А.Н. Семантика цветообозначений в тюркских языках// Тюркологический сборник, 1975, Москва: Наука, 1978, стр.159-179.

14. Комаров Ф.К. Словарь русской транскрипции терминов и слов, встречающихся в географических названиях Якутской АССР. М.,1964, 135 с.

15. Койчубаев Е. Неизвестная сущность топонимических компонентов ак, кара, кок, сары / Всесоюзная конференция по топонимике СССР. Тезисы докладов сообщении. Ленинград: 1965.

16. Qeybullayev Q. Azarbaycan türklarinin ta§akkülü tarixindan. Baki, Azarnaçr, 1994, 248 s.

17. 17.Mammadov N. Azarbaycanin yer adlari. Baki, 1993, 184 s.

18. 18.Maçadiyev Q. Zaqafqaziyanin Azarbaycan toponimlari. Baki, 1990, 148 s.

19. Молчанова О. Структурные типы тюркских топонимов Горного Алтая.Саратов,1982,256 с.

20. 20.Нафасов Т. Узбекистон топонимларининг изохли лугати. Тошкент, 1988, 288 с.

21. Seyidov М.Э. Azarbaycan xalqinin soykökünü dü§ünarkan. Baki: Yaziçi, 1983, 496 s.

22. Словарь географических названий Киргизской ССР. Фрунзе: Ылым, 1988, 211 с.

23. §ükürlü Э. Qadim türk yazili abidalarinin dili. Baki: Maarif, 1993, 336 s.

24. Yusifov Y. Azarbaycan adi haqqinda yeni mülahizalar. AOP. III. Baki, 1990, s.148-149.

ОФ "Международный научно-исследовательский центр "Endless Light in Science"

Impact Factor: SJIF 2020 - 5.497 МЛ^ОТИ^КЖ НАУКИ

2021 - 5.81

25. Yusifova Naila. Azarbaycan paleotoponimlarinin linqvistik tahlili. Filologiya üzra falsafa doktoru elmi daracasi almaq ügün taqdim olunmu§ dissertasiyanin avtoreferati. Baki, 2016.

ОФ "Международный научно-исследовательский центр "Endless Light in Science"

i Надоели баннеры? Вы всегда можете отключить рекламу.